İslam dünyasıXəbərlər

Mərcəi-təqlid Ayətullah Vahid Xorasani xəstəxanaya yerləşdirilib

Dünyanın tanınmış şiə mərcəi-təqlidlərindən biri, Həzrət Ayətullahül-Üzma Vahid Xorasani tibbi müayinələrdən keçmək və lazımi müalicə prosedurlarını almaq üçün Tehran xəstəxanalarından birinə yerləşdirilib.

Az.shafaqna.com-un xəbərinə görə,  ayətullahın dəftərxanasının nümayəndələri və müalicə prosesindən məlumatlı olan mənbələr bildiriblər ki, bu ali-məqamlı din xadiminin müalicəsi hazırda həkimlərin ciddi nəzarəti altında uğurla davam etdirilir.

Dəftərxana əməkdaşları möminlərin və Əhli-beyt (ə) sevgililərinin göstərdiyi böyük diqqətə maraqlanmalarına görə dərin minnətdarlıqlarını ifadə ediblər. Eyni zamanda, Ayətullah Vahid Xorasaninin tezliklə tam şəfa tapması və sağlamlığına qovuşması üçün hamıdan  Allaha dua etmələri, Həzrət Siddiqeyi-Kubra (s.ə) və İmam Zaman (ə.f) həzrətlərinə təvəssül olunması xahiş edilib.

Daha çox göstər
Back to top button