İslam suallarda

Qəsr namazı nədir?

Qəsr – şəriətə görə səfər şərtlərinə cavab verən hallarda gündəlik namazların bəzilərinin ixtisarla, qısa şəkildə qılınmasıdır. “Qəsr” sözünün mənası da kəsmək, qısaltmaq deməkdir. Gündəlik namazlardan yalnız dörd rükətli olanlar – zöhr, əsr və işa namazları səfərdə qəsrlə qılınır. Belə ki, insan bu namazlara başlayarkən səfərdə olduğu üçün namazı qəsrlə qıldığını niyyət edir və 4 rükətli namazın yerinə iki rükətlik namaz (sübh namazı kimi) qılır. Sübh və məğrib namazları səfərdə olduğu kimi qılınır.

Səfər zamanı qəsrə riayət etmək cəfəri məzhəbində vacib sayılır, qəsdən bu qaydanı pozmaq namazı batil edər. Əhli-sünnə məzhəblərində bu hökm qəti deyil. Şafiilikdə səfərdə namazları bütöv ya qəsrlə qılmaq insanın öz istəyinə bağlıdır. Hənbəlilər qəsrə riayət etməyi daha üstün, malikilər təkid edilən sünnə sayırlar. Hənəfi məzhəbində səfərdə namazları bütöv qılmaq məkruh (bəyənilməz) hesab edilir.

Bir daha vurğulayırıq ki, qəsr hökmünün qüvvəyə minməsi üçün səfər şərtləri düzgün sayılmalıdır. Səfərin şərtləri də İslam məzhəblərində fərqlənir.

Daha çox göstər
Back to top button