İslam suallarda

Fərz əməl nə deməkdir və vacibdən fərqi nədir?

Quranda və sünnədə icrası qəti surətdə tələb edilən əməl fırz adlanır. Fərzin iki növü var:

  1. Fərzi-eyn. Namaz, oruc və s. bu kimi yerinə yetirilməsi hər mükəlləfə fərz olan əməllər.
  2. Fərzi-kifayə. Bəzi şəxslər yerinə yetirdiyi təqdirdə başqalarının bu məsuliyyətdən azad olduğu əməllər. Fərzi-kifayəni heç kim icra etməsə, hamı məsul və günahkar olur (meyitə cənazə namazı qılmaq kimi).

Fərz ibadətlərin hökmü budur ki, onu icra edən savab əldə edir, üzrsüz tərk edən günah qazanır və axirətdə cəzalandırılır. Fərz əməli inkar edən isə dindən çıxmış sayılır.

Fərz anlamı hənəfi məzhəbində vacibdən fərqli dəyərləndirilir, qalan əhli-sünnə məzhəblərində və cəfəri məzhəbində isə eynilə vacib anlayışına uyğun gəlir.

Fərz əməllərə fərizə də deyilir.

Daha çox göstər
Back to top button