Təsbeh nə zaman və necə yaranıb?

İslamdan əvvəl də digər dinlərdə müxtəlif sayda dənələri olan təsbehlərdən istifadə edilirdi. İstər xristianlar, istərsə buddistlər və sairə dinlərin ardcılları təsbehi dini artibut sayırdılar.
İslamda təsbehin tarixini Həzrət Fatimeyi-Zəhra (ə) ilə bağlayırlar. Rəvayətə görə, Həzrət Mühəmməd Peyğəmbər (s) Fatiməyə (ə) aşağıdakı qaydada zikr söyləməyi öyrətmişdi: 34 dəfə “Allahü əkbər”, 33 dəfə “əlhəmdü lillah” və 33 dəfə “sübhan Allah”. Bu zikrə Həzrət Fatimənin (ə) təsbihi deyirlər. Həzrət Fatimə (ə) əvvəlcə bir ip götürub ona 100 ədəd düyün vurur və hər zikri deyərkən düyünlərdən birini çevirir. Sonralar Peyğəmbərin əmisi Həmzə Ühüd savaşında şəhid oldu və Fatimə (ə) Həmzənin qəbrinin torpağından bir az götürüb su ilə qarışdırdı, 100 ədəd xırda kürəcik düzəldib ipə keçirdi. İlk təsbeh bu cür yarandı. Daha sonralar İmam Hüseynin (ə) məzarı yerləşən Kərbəla torpağından təsbehlər düzəltməyə başladılar (buna türbət təsbeh deyirlər). Hal-hazırda həm torpaqdan, həm də taxta, kəhrəba və plastikdən, təbii daşlardan təsbeh hazırlayırlar.






