İsrafil Allahın mələklərindən biridir, bəzi mənbələrdə onun hətta müqərrəbin (Allaha yaxın) olan dörd mələkdən biri olduğu bildirilir. İsrafilin əsas vəzifəsi qiyamət günündə bu günün çatdığını xəbər verməkdir. Bunun üçün Quranda “sur” (şeypur) sözündən istifadə edilir. Ənənəvi təsəvvürə görə, İsrafil şeypura bənzər bir alətə üfürəcək və şeypurdan bütün canlıları dəhşətə salan səda çıxacaq. Lakin qiyamət xəbərinin bizim başa düşdüyümüz şeypurdan fərqli bir yolla (alətlə) veriləcəyi də mümkündür. İsrafilin suru 2 və ya 3 dəfə səda verəcək. Surun birinci sədasından sonra bütün canlılar öləcək, ikinci sədadan sonra isə dirilib məhşərə gələcəklər. Bunlardan daha əvvəl bir dəfə də qiyamətin başlandığını bildirmək məqsədilə sur sədası eşidiləcəyi haqqında xəbərlər vardır.
Əlaqəli məqalələr
İnsan niyyətinin həyata keçməsi üçün 3 gün oruc tutmağı nəzir edir, amma ikinci ya üçüncü gün üzürlü səbəbdən oruc tuta bilmir. Bu halda üzürü aradan qalxdıqdan sonra orucu yenidən başlamalı yoxsa davam etməlidir?
1 gün əvvəl
Şərhlər