İslam suallarda

Müxtəlif gəmirici heyvanların (norka, ondatra) dərisindən hazırlanmış papaq və sairəni geyinmək icazəlidirmi?

Oxucu sual verir

İslam qanunlarına görə, əti yeyilməsinə şəriətdə icazə verilmiş heyvanların dərisi pak sayılır. Bu dərilərdən hazırlanmış hər hansı geyimi tam arxayınlıqla geyinmək olar. Həmin dəri islansa da, murdar sayılmayacaq, dini ibadətləri (yəni namazı) həmin geyimdə icra etmək icazəlidir. Amma əti yeyilməsinə şəriətdə icazə verilməyən heyvanların dərisinə quru halda toxunmaq olar. Papaq və sairə hazırlanmasında istifadə edilən gəmirici heyvan dəriləri də bu qəbildəndir. Amma bu dərilər islansa murdar sayılır, onların toxunduğu, suyunun sıçradığı hər şey də murdarlığa bulaşır. Ona görə bu cür papaqları yağışlı havalarda geyinmək məsləhət deyil. Namaz qılan zaman da bu dərilərin insanın üstündə olmasına icazə yoxdur. Hətta onların tükü namaz qılan şəxsin paltarına yapışsa, namaz batil olar.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button