İslam suallarda

13 ədədinin guya uğursuz və nəhs olması barədə fikir düzgündürmü?

Oxucu sual verir

13 ədədinin uğursuz olması barədə inancın nə zaman yarandığını söyləmək çətindir. Bəziləri bu ədədin hələ qədim sivilizasiyalarda nəhs sayıldığını söyləyirlər. Bəziləri isə 13 ədədinə mənfi münasibətin xristian dinindən qaynaqlandığını iddia edirlər. Guya Həzrət İsa Peyğəmbərin (ə) 12 həvari ilə son axşam yeməyində iştirak edənlərin ümumi sayı 13 nəfər olduğu üçün belə bir inanc yaranıb ki, əgər 13 nəfər bir yerə toplaşsa, onlardan biri mütləq həyatını itirəcək; 13-cü nəfər bu topluma bədbəxtlik gətirəcək. Əsasən Qərb dünyasında 13 ədədinin uğursuzluğuna daha çox inanırlar. Hətta bəzi binalarda 13-cü mərtəbə, 13-cü otaq, gəmilərdə 13-cü kayuta, təyyarə oturacaqlarında 13-cü cərgə olmur. Bu inancın sağlam məntiqlə və dinlə heç bir bağlılığı yoxdur. İslam mənbələrində 13 ədədinin nəhs olması barədə heç bir səhih məlumat mövcud deyil. Bu inanc xurafat və mövhumatın bir növüdür; müsəlmanlar bu kimi fikirlərə əhəmiyyət verməməlidirlər.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button