İslam suallarda

Müqəddəs şəxsləri yuxuda görmək üçün hansısa əməl varmı?

Oxucu sual verir

Bu barədə dini mənbələrdə müxtəlif üsullar qeyd edilmişdir. Onlardan bir neçəsi barəsində Əllamə Məclisinin “Bihar əl-ənvar” kitabında məlumat verilir. Əllamə Məclisi böyük cəfəri alimi Şeyx Kəfəmiyə istinadən yazır ki, kim yuxuda peyğəmbərlərdən, imamlardan birini yaxud öz valideynini görmək istəyirsə, yatmazdan əvvəl dəstəmaz alsın, “Şəms”, “Qədr”, “Kafirun”, “İxlas”, “Fələq” və “Nas” surələrini oxusun. Sonra “İxlas” surəsini daha 100 dəfə tilavət etsin, Peyğəmbərə (ə) və nəslinə 100 dəfə salavat söyləsin. Daha sonra sağ böyrü üstə uzanıb yatsın. Əgər belə etsə, o adam öz məqsədinə çatar, yuxuda görmək istədiyini görər, hətta yuxuda gördüyü şəxs (peyğəmbər, imam və ya öz valideyni) onunla danışar və onu maraqlandıran suallara cavab verər. Qeyd edək ki, bu arzunun həyata keçməsi insanın niyyətinin səmimiliyindən və iman dərəcəsindən də asılıdır, bunlar olmasa mümkündür ki, arzu həyata keçməsin.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button