İslam suallarda

Dindar şəxsin özü üçün ad günü keçirməsi icazəlidirmi? Bəziləri bunu bidət sayır, bu, həqiqətən, bidətdir?

Oxucu sual verir

Ad günü keçirib-keçirməmək insanın özünə aid olan bir məsələdir. Burada dini əhəmiyyət daşıyan heç nə yoxdur. Bidət elə məsələlərdə olur ki, ona dini rəng geyindirilsin. Halal bilinməyən bir işi din pərdəsi altında halal saysınlar və ya əksinə, haram edilməmiş bir əməli dini qadağan kimi təqdim etsinlər. Ad gününü keçirmək məişət məsələsidir və bunu dinlə bağlamaq səhvdir.

Amma ad gününün keçirilməsi zamanı dini göstərişlərə əməl etmək və həddi keçməmək vacibdir. Ad günü süfrəsində israfa yol vermək, şəriətə zidd olan əyləncələrdən istifadə etmək, haram musiqi dinləmək və rəqs etmək, qadınlarla kişilərin haram ünsiyyətdə olması və s. günahdır və yolverilməzdir. Bu hədləri gözləmək şərti ilə hər kəsin özü üçün ad keçirməsi icazəlidir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button