İslam suallarda

Başqasına bəd-dua etmək günahdırmı?

Oxucu sual verir

İslam dini əxlaq üzərində çox vurğu edən dindir. Müsəlman əxlaqının bəyənilən xüsusiyyətlərindən biri isə bağışlamaq və əfv etməkdir. Ən böyük bağışlayan Allahdır. Müqəddəslərimiz, onlara edilən zülmlərə görə əksər hallarda bəd-dua etməz, qarğış söyləməz, qarşı tərəfi bağışlayardılar. Nəticədə, bəzi hallarda qarşı tərəf bu alicənablığı görüb peşman olar və tövbə edərdi. Müqəddəslərimiz bir qayda olaraq onların şəxsiyyətinə qarşı edilən zülm və təhqirləri bağışlayar və buna görə bəd-dua etməzdilər. Amma digər müsəlmanların haqqını qəsb edən, ictimai asayişi pozan zalımlara və cinayətkarlara qarşı düşmən mövqedə durar, onlara qarğış edərdilər və bu qarğış mütləq həyata keçərdi.

Müsəlman bağışlamağı öyrənməlidir. Əlbəttə, haqsızlığa qarşı mübarizə aparmaq da vacibdir. Lakin mübarizə aparmaq və öz haqqını tələb etmək mümkün olmadığı hallarda əfv etmək daha məqsəduyğundur. Xüsusilə, cahillik üzündən edilmiş xətalara görə qarşı tərəfi bağışlamaq lazımdır. Əlacsızlıq hallarında müsəlmanın zalıma bəd-dua etməsi icazəlidir. Hədislərdə buyurulur ki, ən tez qəbul edilən dualardan biri də məzlumun etdiyi bəd-duadır.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button