İslam suallarda

Niyə bəzi duaları Allah həyata keçirmir? Axı Quranda Allah buyurur ki, mənə dua edin, mən də duanızı müstəcab edim.

Oxucu sual verir

Hansı duanın qəbul edilməsini, hansının isə qəbul edilməməsini Allah daha yaxşı bilir. Allah-Taala insanı yaratdığı üçün nəyin ona xeyrli olduğunu və həmçinin, onun nəyə layiq olduğunu insanın özündən də yaxşı bilir. Bəzən insan istədiyi mükafata layiq olmadığı üçün Allah onun istəyini qəbul etmir. Bəzən isə Allah duanın qəbul edilməsini müəyyən müddətə təxirə salır. Bu, bəndəni rədd etmək üçün deyil, bəndənin istədiyini ona uyğun bir zamanda vermək üçündür. Bəzən bəndə özünə xeyirli olmayanı istəyir. Allah isə onun səhv etdiyini təbii ki bilir və Öz hikməti əsasında həmin istəyi yerinə yetirmir. Çünki bu istəyi əldə etməklə bəndə qat-qat ağır itkilər verəcək, duanın müstəcab olması ona xeyir yox, ziyan gətirəcək. İnsanlar ilahi hikməti həmişə anlamadıqları üçün bəzən dualarının həyata keçməməsindən narahat olur və hətta Allahı ədalətsizlikdə günahlandırırlar.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button