İslam suallarda

İmanın əsasları və İslamın əsasları eynidir yoxsa fərqli anlayışlardır?

Oxucu sual verir

Bu mövzuda İslam məzhəblərinin baxış tərzi fərqlidir. Şiə (cəfəri) məzhəbində imanın və İslamın əsasları birlikdə “üsuli-din” (dinin əsasları) şəklində təqdim edilir. Üsuli-dinin ilk 3 maddəsi tövhid (Allaha iman), nübüvvət (peyğəmbərlərə iman) və məaddır (axirətə iman). Bundan sonrakı iki maddəni, yəni imaməti (12 imamın qəbulu) və ədli (Allahın mütləq ədalətli olması) bəzən üsuli-dinə (dinin əsaslarına), bəzən isə üsuli-məzhəbə (şiə məzhəbinin əsaslarına) aid edirlər.
Əhli-sünnə məzhəbində isə imanın və İslamın əsasları ayrı-ayrılıqda dəyərləndirilir. İmanın əsasları 6-dır: Allaha iman, peyğəmbərlərə iman, səmavi kitablara iman, mələklərə iman, axirətə iman, qədərə və xeyirlə şərin Allahdan olmasına iman.
İslamın şərtləri isə əhli-sünnə məzhəbinə görə 5 maddədən ibarətdir: kəlmeyi-şəhadəti söyləmək, namaz qılmaz, zəkat vermək, oruc tutmaq və imkan daxilində həccə getmək.
Qeyd edək ki, alimlər istər üsuli-dinin maddələrini, istərsə də imanın əsaslarını və İslamın şərtlərini əsaslandırarkən Quran ayələrinə və hədislərə istinad edirlər.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button