İslam suallarda
Qadınlardan ibarət bir topluma qadın pişnamazlıq edə bilərmi? Belə bir namaza kişinin qoşulması (qadınlardan birinin qohumudursa) icazəlidirmi?
Oxucu sual verir
Əvvəla, bunu qeyd edək ki, demək olar bütün müctəhidlərin fikrinə görə kişilərdən ibarət topluma qadının pişnamazlıq (imamlıq) etməsi icazəli deyil. Həmçinin, namaz qılanların bir hissəsi kişilərdən, bir hissəsi də qadınlardan ibarətdirsə, qadın imamlıq edə bilməz. İstər namaz qılan kişi və qadınlar qohum olsun, istərsə də yad, fərqi yoxdur. Tamamilə qadınlardan ibarət bir topluma gəlincə, onlara qadının imamlıq etməsi mövzusunda bəzi fikir ayrılıqları mövcud olmuşdur. Müasir müctəhidlərin əksəriyyəti qadınlardan ibarət toplumun namazına qadının imamlıq etməsinə icazə verir. Lakin bir daha təkrar edirik ki, bu namaza kişi qoşulmamalıdır, hətta qadının ən yaxın qohumu olsa belə.