İslam suallarda

Kart oynamaq (qumar niyyəti olmadan) icazəlidirmi?

Oxucu sual verir

Şəriətə görə, qumar niyyəti ilə hər hansı vasitədən istifadədən etmək günahdır və haramdır. Bir qism alimlər bəzən qumar aləti kimi istifadə edilən vasitələrin də hər cür işlədilməsini haram bilirlər. Yəni oyun kartları həm qumar aləti, həm də qumarsız oyun vasitəsi kimi tanınırsa, ehtiyata uyğun olaraq ondan heç bir yolla yararlanmaq olmaz. Amma bəzi alimlərun fikrincə, müəyyən əşya cəmiyyətdə həm qumar, həm də qeyri-qumar aləti kimi tanınırsa, ondan qeyri-qumar niyyəti ilə faydalanmaq olar. Lakin həmin alimlər də bu zaman qeyd edilən vasitələrdən çəkinməyi daha məqsədəuyğun sayırlar. Kartdan istifadəni hər bir halda haram bilən müctəhidlər burada ehtiyati-vacib şərtini irəli sürdükləri üçün onlara təqlid edilən şəxs bu məsələdə digər müctəhidlərin rəyinə müraciət edə bilər. Yəni əgər kartdan istifadəni mütləq haram bilən müctəhiddən elmi baxımdan daha sonra gələn (və ya onunla eyni səviyyəli elmə malik olan) bir müctəhid kartdan qeyri-qumar məqsədi ilə istifadəni icazəli sayırsa, birinci müctəhidin müqəllidi bu məsələdə ikinci müctəhidə təqlid edərək, kartdan qeyri-qumar məqsədi ilə istifadə edə bilər. Sonda bir daha qeyd edirik ki, bu kimi məsələlərdə müsəlmanları daha artıq ehtiyatlı olmağa və şübhəli vasitələrdən uzaq durmağa çağırırıq.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button