Bir çox hədislərdə kasıbların varlılardan daha üstün olduğu və Allahın kasıbları daha çox sevdiyi buyurulur. Bunun səbəbi nədir?
Oxucu sual verir
Əvvəla, bu kimi hədisləri olduğu kimi, hərfi mənada qəbul etmək düzgün deyil. Bəzi hədislərdə “fəqir” sözü maddi cəhətdən deyil, mənəvi cəhətdən kasıb olan insanlarla bağlı işlənib. Yəni mənəviyyatdan məhrum olan şəxslər fəqir adlandırılıb. Maddi imkana gəlincə, heç də bütün varlıların pis, bütün kasıbların yaxşı adam olduğunu iddia etmək olmaz. Allahın bütün kasıbları sevdiyini də düşünmək yanlışdır. İnsanı Allah qarşısında dəyərli edən onun təqvası və imanıdır. Əgər varlı şəxs öz sərvətindən xeyir işlər üçün xərcləyirsə və israfa yol vermirsə, Allah yanında dəyərli olar. Əksinə, kasıb şəxs Allaha üsyan edər və kasıblıq üzündən haramam əl atarsa, Allahın qəzəbini qazanar. Var-dövlət insan üçün bir imtahandır. Varlıların bir hissəsi bu imtahandan üzüağ çıxır, amma çox hissəsi dünya malına aldanır. Həm də var-dövlət çoxaldıqca, harama düşmək ehtimalı da artır, çünki sərvət insanda hərislik yaradır. Bu səbəbdən dini mənbələrdə varlılar məzəmmət edilir.