Bəzi rəvayətlərdə deyilir ki, guya müşriklər cadugər qadınların vasitəsilə Həzrət Mühəmməd Peyğəmbərə (s) cadu etmiş, cadunu bir quyunun dibinə atmışdılar. Guya Peyğəmbər (s) cadunun təsirindən əziyyət çəkmiş, sonra mələk Cəbrail (ə) ona cadunun yerini bildirmişdi. Peyğəmbərimizin (s) göstərişi ilə Həzrət Əli (ə) həmin quyudan cadunu çıxarıb gətirmiş, Peyğəmbər (s) Quranın axırıncı iki surəsini oxumaqla cadunu batil etmişdi. Həqiqətən, Quranın 113-cü surəsində (Fələq) cadugər qadınlardan bəhs edilir. Amma bu, məhz Peyğəmbərə (s) cadu edilməsinə sübut sayılmaz. Allahın Peyğəmbərinə (s) cadu və sehir təsir etməmişdir, Allah onu bu kimi təhlükələrdən qorumuşdur. Mötəbər kitablarımızda yuxarıdakı rəvayət düzgün sayılmır.
Əlaqəli məqalələr
Şərhlər