Qurani-Kərim bütünlükdə Allahın kəlamıdır və müqəddəsdir. Ona görə də heç bir surə və ya ayəni əskik və adi saymaq olmaz. Lakin hətta peyğəmbərlər arasında dərəcə fərqi olduğu kimi, ayələr arasnda da bəzi dərəcə fərqləri vardır. Müqəddəslərimiz öz hədislərində Quranın bəzi surə və ayələrinin fəzilətini xüsusi olaraq qeyd etmişlər. Məsələn, İxlas (Qül huvəllah) surəsini oxumaq hədislərdə bütöv Quranın üçdən-bir hissəsini oxumağa bərabər tutulub. Eləcə də, Fatihə surəsinin, xüsusilə, onun ilk ayəsi olan “Bismillahir-Rəhmanir-Rəhim”in bütün ayələrin ən üstünü və Quranın məğzi olması buyurulub. Ayətəl-kürsi (Bəqərə, 255-257), Yasin surəsi, Fələq və Nas surələri də digər Quran surələri və ayələri içindən xüsusilə seçilir. Bir daha qeyd edirik ki, bəzi ayələrin üstünlüyü digər ayələrin adiliyi və qeyri-müqəddəsliyi anlamına gəlmir.
Əlaqəli məqalələr
Şərhlər
Oxşar yazılar
Close