İslam suallarda

Kümeyl duasının məzmunu nədən ibarətdir və nə üçün oxunur?

Oxucu sual verir

Kümeyl ibn Ziyad Nəxəi Həzrət Əlinin (ə) seçilmiş səhabələrindən olmuşdur. Elm və mərifət sahibi olmuş, öz biliyini İmamdan əxz etmişdir. Onu İmam Əlinin (ə) sirdaşı adlandırırlar. Hədis kitablarında Kümeyllə Həzrət Əli (ə) arasında olmuş bir neçə sual-cavab qeyd edilib. “Kümeyl duası” kimi tanınan irihəcmli dua da Həzrət Əli (ə) tərəfindən Kümeylə diktə edilib. Bəzi rəvayətlərə görə, bu, Xızr Peyğəmbərin (ə) duasıdır. Kümeyl duası Allaha minacat xarakterlidir. Duanın mətnində Allahın ad və sifətləri xatırlanır, bəndənin Allaha olan ehtiyacı dilə gətirilir. Dua kitablarında qeyd edilib ki, bu duanı oxumaq ruzinin artmasına, düşmənlərin şərinin yox olmasına və günahların bağışlanmasına yardım edir. İslam ənənəsinə görə, mübarək günlərdə və aylarda bu duanı kollektiv şəkildə oxuyurlar. Şaban ayının 15-də və cümə gününə keçən gecələrdə Kümeyl duasını oxumağın çoxlu savabı vardır.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button