İslam suallarda

İnsan öz sağlığında özü üçün qəbir qazdıra bilərmi? Bu günah deyil ki?

Oxucu sual verir

İnsanın sağlığında özü üçün qəbil qazdırması günah deyil, hətta bəzi dini mənbələrdə bu, arzuedilən hal kimi xatırlanıb. Bəzi Allah dostları (övliyalar) öz sağlıqlarında qəbirlərini qazıtdırıb, mütəmadi olaraq o qəbri ziyarət edirdilər. Hətta bəzi şəxslər vaxtaşırı bu qəbrin içinə uzanır və orada Quran oxuyurdular. Bununla onlar qiyamət günü üçün özlərinə savab azuqəsi toplamış olurdular. İbn Bəttutə adlı məşhur müsəlman səyyahı Şiraz şəhərində bir tacirin öz dükanının içində özü üçün qəbir qazdırdığını və boş vaxtlarında bu qəbirin kənarında oturub Quran oxuduğunu yazmışdı. Həmin tacır deyirmiş ki, ticarət məni aldatmasın və çəkidə hiylə işlətməyim deyə, qəbrimi dükanın içində qazıtdırmışam.

İmam Həsənin (ə) nəslindən olan, Misirdə yaşamış, şafii məzhəbinin banisi Şafiiyə dərs demiş Seyyidə Nəfisə də öz evində özünə qəbir qazıtdırmışdı. Rəvayətə görə, hər gün bu qəbrin içində uzanır və Quran oxuyurmuş. Bu yolla 6 min dəfə Quran xətm etmişdi. Bu gün də sağlığında özü üçün qəbir qzdıran möminlərə rast gəlirik. Qəfil vəfat zamanı ailə üzvlərinin xərcini azaltmaq üçün bu işin müəyyən faydası vardır.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button