İslam suallarda
Namaz əməlləri arasında təkbir söyləmək vacibdirmi və təkbiri hansı şəkildə demək lazımdır?
Oxucu sual verir
Namaz əməlləri arasında təkbir söyləmək vacib deyil, müstəhəbdir, yəni bəyənilən və savabı olan əməldir. Hər əməlin sonunda və növbəti əməlin əvvəlində təkbir deyilir. Təkbir deyən zaman əlləri sifət bərabərində qaldırıb, qulaqların sırğalığına yaxınlaşdırmaq müstəhəbdir. Əhli-sünnə məzhəbinə görə, təkbir hər biri əməlin əvvəlində və sonunda, hərəkət halında deyilir. Məsələn, rükudan qalxa-qalxa və ya səcdəyə əyilə-əyilə təkbir söylənilir. Şiə məzhəbində isə təkbiri sakit halda, bədən aram olduğu zaman demək lazımdır. Belə ki, hərbir əməli başlamazdan əvvəl bədən aram ikən təkbir söyləmək, sonra həmin əmələ başlamaq, əməli bitirdikdən sonra yenə bədən aram vəziyyətdə ikən təkbir demək lazımdır.