İslam suallarda

Həkim müalicə məqsədilə hər gün az miqdarda araq və ya çaxır içməyi məsləhət görürsə, xəstə onun məsləhətinə əməl edə bilərmi?

Oxucu sual verir

Müsəlman şəxs birmənalı şəkildə qəbul etməlidir ki, alkoqollu içki haramdır. Heç bir məqsəd və bəhanə ilə onu içmək olmaz. Yalnız susuzluqdan ölmək qorxusu yaranarsa, ölümdən xilas edəcək miqdarda spirtli işki qəbul etmək günah sayılmaz. Lakin bu vəziyyətlə həyatımız boyunca demək olar ki, rastlaşmırıq. Bu bəhanəni qazanmaq üçün qeyri-məskun bir adaya yaxud səhraya düşməyimiz, yanımızda maye qismindən yalnız spirtli içki olması gərəkdir. Müalicə məqsədi ilə spirtli içki içmək olmaz. Bunu məsləhət görən həkimin peşəkarlığı və savadı şübhə doğurur. Hal-hazırda tibbin elə bir yüksəliş dövrünü yaşayırıq ki, hər xəstəlik üçün bir neçə alternativ müalicə növü mövcuddur. Məsumlarımızın buyurduğu kimi, “şərab dərddir, dərman deyil”.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button