Əvvəla, bunu qeyd edək ki, İslam dini sağlamlığı qorumağa xüsusi əhəmiyyət verir. Sağlamlıq xarakterli idman oyunları ilə məşğul olmaq dinimizdə təşviq olunur. Atsürmə, oxatma, üzgüçülük kimi məşğuliyyətlər hərbi xarakter daşımaqla yanaşı, həm də sağlamlıq baxımından önəmli olduğu üçün hər kəsin, xüsusilə, uşaqların bunları öyrənməsi hədislərdə buyurulur. Yoqa təlimi qeyri-islami yönlüdür. Bu təlimin fəlsəfəsinə etiqad bəsləmək insanın imanında müəyyən şübhələr yarada bilər. Amma sırf idman və sağlamlıq baxımından yoqa hərəkətləi ilə məşğul olmağın qadağası yoxdur. Yoqa təliminə etiqad bəsləmədən, yalnız yoqanın fiziki hərəkətlərini icra etmək icazəlidir. Bu kimi hərəkətlər həqiqətən sağlamlığa müsbət təsir edirsə, dinimiz bunu qadağan edə bilməz.
Əlaqəli məqalələr
Peyğəmbər və imamlar günahsız (məsum) olduqları halda, niyə tövbə edir, günahlarının bağışlanmasını istəyirdilər?
11 saat əvvəl
İbadət əməllərinin yarısını bir məzhəbə, yarısını başqa məzhəbə uyğun icra etmək olarmı?
1 gün əvvəl
Şərhlər
Oxşar yazılar
Close