İslam suallarda

Risalələrdə yazılıb ki, insanı məst edən, amma axıcı olmayan (maye halında olmayan) maddələr pak sayılır. Bunu necə başa düşməliyik?

Oxucu sual verir

Bu məsələ bəzi şəxslərdə çaşqınlıq yaradır. Səbəb budur ki, onlar haram və nəcis (murdar) arasında fərqin olduğunu nəzərə almırlar. Şəriətimizə görə, bəzi maddələr var ki, onları həm yemək (içmək), həm də onlara toxunmaq olmaz. Bunlar bəzi nəm maddələrdir yaxud nəm olduqda murdar sayılan maddələrdir. Məsələn, şərabı (alkoqolu) həm içmək haramdır, həm də ona bulaşan hər şey paklanmalıdır.

Amma bəzi maddələrin istifadəsi haram (günah, qadağan) olsa da, onlar nəcis sayılmır. Yəni bu maddələri yemək (içmək) olmaz, amma onlara nəm halda toxunmaq icazəlidir. Məsələn, suda ölmüş balıq bu qəbildəndir; onu yemək olmaz, amma ona toxunmaq insanı murdar etməz. İnsanı məst edən və quru (qeyri-maye) halında olan maddələr də bura aiddir. Narkotik maddələrdən istifadə etmək, onları hər hansı yolla bədənə daxil etmək günahdır və qəti qadağandır. Amma bu maddələrə quru halda adamın əli toxunsa, əlini pak etməyə ehtiyac yoxdur. Göründüyü kimi, hər maddənin özlüyündə pak olması o demək deyil ki, onu yemək (içmək) olar.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button