İslam suallarda

Dəstəmazda ağıza və buruna su alıb yaxalamaq lazımdırmı?

Oxucu sual verir

Dəstəmazın vacib olan əməlləri risalə kitablarında qeyd edilib. Lakin dəstəmazdan əvvəl daha bir neçə əməli etmək də savaba malikdir. Ağızı və burunu su ilə yaxalamaq da bura aiddir. Namaz müsəlmanın Allahla görüşü sayıldığı üçün, bu görüşə tam təmiz, nəzafətli şəkildə getmək müstəhəbdir. Xüsusilə, yemək yedikdən sonra namaz qılan şəxsin dəstəmazdan əvvəl ağzını yaxalaması daha faydalıdır. Ağıza və buruna üç dəfə su almaq, yaxalayıb çölə atmaq müstəhəbdir. Bu, cəfəri məzhəbinin görüşüdür. Əhli-sünnə məzhəblərindən hənbəlilikdə ağzı və burunu yaxalamaq vacib sayılır (yəni sünnətdən daha qətidir, amma fərz deyil). Qalan üç sünni məzhəbində isə (hənəfilik, şafiilik və malikilik) bunlar sünnət sayılır.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button