Namaz zamanı insanın diqqəti ibadətdə olmalıdır. Diqqəti namazdan yayındıran hər bir artıq hərəkət bəyənilmir. Digər vaxtlarda icazəli olan bəzi əməllər namazı batil edər. Məsələn, namaz zamanı nəsə yeyib-içmək (dişlərin dibində qalmış qırıntıları udmaq istisnadır), namaz sözlərindən başqa hər hansı bir sözü qəsdən söyləmək, gülmək və ağlamaq bura aiddir. Ağlamaq deyərkən dünya işlərindən ötrü ağlamaq nəzərdə tutulur. Məsələn, insan kasıblıqdan, başına gələn bədbəxt hadisədən, ailədəki xoşagəlməz vəziyyətdən riqqətə gəlib ağlasa, namaz batil olar. Lakin axirətdən ötrü ağlamaq icazəlidir. Belə ki, əgər bir şəxs namaz əsnasında günahlarını yada salaraq, cəhənnəmi təsəvvür edərək, yaxud Allahın hüzuruna yetişmək şövqünü hiss edərək ağlasa, namaz nəinki batil olmaz, hətta bu cür namazın savabı daha da artıq olar.
Əlaqəli məqalələr
Şərhlər