İslam suallarda

Kəbin kəsilən zaman qadın mehriyyədən tamamilə imtina etsə və kəbin mehriyyəsiz kəsilsə, düzgündürmü?

Oxucu sual verir

Mehriyyə qadına Allah tərəfindən verilmiş bir hüquqdur. Mehriyyə qadının şəxsi malı sayılır və ondan öz istədiyi şəkildə istifadə etmək haqqına malikdir. Mehriyyənin əsas faydası ondan ibarətdir ki, qadın talaq aldığı təqdirdə, ikinci dəfə ərə gedənə və ya öz həyatını qurana kimi həmin pulla dolanışığını təmin edə bilsin. Kəbin kəsilən zaman mehriyyənin miqdarı qarşılıqlı razılıq əsasında təyin edilməlidir. Əgər kəbində mehriyyənin miqdarı konkret təyin edilməmişsə, qadının qohumları olan və sosial status baxımından ona tay sayılan digər qadınların mehriyyəsi meyar kimi qəbul edilir. Kəbini mehriyyəsiz oxumaq şəriət baxımından düzgün deyil. Az və simvolik məbləğdə də olsa, mehriyyə təyin edilməlidir. Qadın öz istəyi ilə mehriyyəni almaqdan imtina edə bilər və ya mehriyyəni aldıqdan sonra onu yenidən kişiyə qaytar bilər.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button