İslam suallarda

Rəcəb ayının müstəhəb orucunu tutan adam diş həkiminə gedib dişini müalicə etdirə və ya çəkdirə bilərmi?

Oxucu sual verir

Orucu pozan əməllərdən biri də boğazdan keçmək şərti ilə hər hansı maddəni udmaqdır. İstər müalicə məqsədi ilə dərman içmək, istərsə də qida qəbul etmək eyni hökmü daşıyır. Yalnız bilməyərəkdən və ya unutqanlıq üzündən nəyisə yeyib-içmək (udmaq) istisna olunur. Oruclu şəxsin diş həkiminə getməsi və dişini müalicə etdirməsi problem deyil. Diş dibinə iynə vurdurmaq, diş çəkdirmək orucu pozmaz, bir şərtlə ki, hər hansı maddə (dərman, qan və s.) ağız boşluğuna daxil olandan sonra boğazdan aşağı keçməsin. Əgər insan bu qaydaya əməl edəcəyinə əmindirsə, diş həkiminə gedə bilər. Qeyd edək ki, vacib Ramazan orucunu tutan şəxsin diş çəkdirməsi qadağan olmasa da, bəyənilmir (məkruhdur). Çünki dişdən qan gəlməsi bədəni zəiflədir, bədəni zəiflədən və oruc tutmağa çətinlik törədən hər bir əməl məkruhdur. Müstəhəb oruc tutan şəxs isə gün ərzində öz istəyi ilə orucunu poza bilər. Bu zaman onun öhdəsinə heç nə gəlmir. Buna görə də müstəhəb oruc tutan şəxs diş çəkdirərkən qanı udsa, sadəcə orucu pozulmuş olur və müstəhəb orucun savabını itirir, amma heç bir günah və cərimə qazanmır.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button