Namazda rüku halında möhürə (səcdə yerinə) baxmaq lazımdır yoxsa ayaq pəncələrinə?
Oxucu sual verir
Namazın hər bir əməlinin vacib, müstəhəb (savablı) və məkruh (bəyənilməz) şərtləri var. Rükunun vacib şərti budur ki, insan, barmaq ucları diz qapaqlarına çatacaq qədər belini əysin, aram dayansın və rükunun zikrini desin. Bundan əlavə bəzi müstəhəb şərtlər də var ki, bunlara riayət etməyəndə namaz pozulmaz, amma riayət edəndə savab artar. Müstəhəb şərtlərdən biri də budur ki, rüku halında insan belini üfüqi vəziyyətdə əysin, dizlərini geriyə gərsin, boynunu irəli uzadıb şax tutsun və ayaq pəncələrinin arasına baxsın. Hədislərdə bunun mənası barədə bəzi qeydlər vardır. Məsum imamlarımız buyurublar ki, rükuda boynu irəli uzatmağın mənası budur: sanki insan bununla Allaha deyir ki, mən tamamilə Sənə təslim olmuşam, hökmdarın qılıncı qarşısında təslim olan şəxs kimi boynumu da irəli uzatmışam.