İslam suallarda

Doğrudurmu ki, sübh namazı ilə Günəşin doğuşu arasındakı vaxt ərzində yatmaq olmaz?

Həqiqətən, bəzi hədislərdə sübh namazını qıldıqdan sonra Günəşin doğuşuna kimi yatmamaq tövsiyə edilir. Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub: “Fəcr (sübh azanı) və Günəşin doğuşu arasında yatmaq adamın xasiyyətini pisləşdirər…” (Biharül-ənvar, 76-cı cild, səh. 185).

İmam Cəfər Sadiq (ə) isə buyurub ki, sübh azanı ilə Günəşin doğuşu arasındakı müddətdə yatmaq adamın ruzisini kəsər, çöhrəsini saraldar, üzündə dəyişiklik və çirkinlik yaradar (Biharül-ənvar, 13-cü cild, səh. 182). Hədislərdə bunun səbəbini belə izah edirlər ki, günün həmin vaxtında insanların ruzisi bölünüb müəyyən edilir. Bunu rəmzi mənada da qəbul etmək olar. Sübh namazını qılandan sonra yatmayıb oyaq qalan insan adətən ya zehni, ya da fiziki əməklə məşğul olur, iş-gücünün arxasınca gedir, nəticədə ruzi qazanır. Yatıb yuxuya qalan adam isə bu imkanı əldən verir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button