İslam suallarda

İntihar edərək ölmüş şəxsə cənazə namazı qılmaq və onun üçün ehsan vermək lazımdırmı?

Oxucu sual verir

Cənazə namazı bütün müsəlman ölüləri üçün dəfndən qabaq qılınmalıdır. Heç bir günah ölü üçün cənazə namazı qılınmasını lazımsız etməz. Təkcə küfr istisna edilir. Yəni açıq şəkildə küfr edən və kafirliyini elan edən şəxs müsəlmanlıqdan çıxmış sayılır və onunla nə sağlığında, nə də ölümündən sonra müsəlman kimi rəftar edilməz. Digər günahlar isə nə qədər ağır olsa da, cənazə namazı qılınmalıdır. İntihar hər nə qədər böyük günah sayılsa da, ölü üçün ehsan vermək məsələsində başqa ölülərlə fərq etməz. Yaxşı olar ki, intihar etmiş şəxsin dəfn mərasimində və ehsan məclislərində insanlar onun günahının bağışlanması üçün çoxlu dua etsinlər.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button