İslam suallarda
Deyirlər ki, “Coca-Cola” məhsullarını almaq və içmək olmaz. Bu doğrudurmu?
Oxucu sual verir
Belə bir fikir var ki, Coca-Cola şirkətinin loqosuna arxadan baxdıqda İslam dininə qarşı olan sözlər oxunur. Lakin bu, ehtimaldır, çünki yazının o şəkildə oxunması dəqiq deyil, bənzətmədir. Bir qidanın yeyilib-içilməsinin əsas şərti onun halal olmasıdır. Əgər bu şirkətin məhsullarının tərkib baxımından haram olması insana yəqin olarsa, onu içməməlidir. Həmçinin, şirkətin fəaliyyəti ilə bağlı bəzi məsələlər də nəzərə alınmalıdır. Məsələn, şirkət öz qazancını dinə və ədalətə zidd olan məqsədlər üçün sərf edirsə, dünya müsəlmanlarına və ya hətta günahsız qeyri-müsəlmanlara qarşı həyata keçirilən cinayətləri maliyyələşdirirsə, bu şirkətin məhsullarını baykot etmək məsləhətdir.