İslam suallarda
Oğlanla qız nişanlı olduqları zaman kəbin kəsdirmişlər. Evləndikləri zaman toydan qabaq yenidən kəbin kəsdirmələri lazımdırmı?
Oxucu sual verir

Kişi ilə qadın (oğlanla qız) arasında kəsilmiş kəbin, tələb olunan şərtlər daxilində oxunmuşsa, qüvvədə sayılır. Kəbinin pozulması üçün tərəflərdən birinin ölməsi və ya kişinin qadına talaq verməsi lazımdır. Yalnız talaq verildiyi təqdirdə, şəriətin icazə verdiyi hallarda yenidən kəbin kəsdirmək lazım gəlir. Əgər oğlanla qız nişanlı olduqları zaman tələb edilən qaydada kəbin kəsdirmişlərsə, bu kəbin qüvvədədir və toydan qabaq yenidən kəbin kəsdirməyə ehtiyac yoxdur. Qeyd edirik ki, kəbinin etibarlı sayılmasının mühüm şərtlərindən biri də qızın atasının razılığıdır.