İslam suallarda

Bir xristianın müsəlman olması üçün hansı ayinləri yerinə yetirməsi vacibdir?

Oxucu sual verir

Hər hansı dini qəbul etmək əqidəyə bağlı olan məsələdir və insanın qəlbinə bağlıdır. İnsan tanıdığı əqidələri araşdırıb, ən düzgününü seçməli və ona inanmalıdır. Bu, həm dünyada, həm də axirətdə insanın məsuliyyət daşıdığı və cavabdeh olduğu məsələdir. Başqa dindən İslama keçən şəxs üçün hər hansı xüsusi ayini icra etmək vacib deyil. Yetər ki, ürəkdən İslamın haqq din olduğunu qəbul etsin, Allahın vahidliyini, Həzrət Mühəmmədin (s) son peyğəmbər olduğunu, axirət aləminin mövcudluğunu qəbul etsin. Ətrafdakı şəxslərin onu müsəlman saymaları üçün bu əqidəni qəbul etdiyini həm də dilinə gətirməlidir. Adətən, İslamı qəbul etmək şahidlərin yanında kəlmeyi-şəhadəti söyləməklə həyata keçirilir. Bunu məsciddə və ya hər hansı müqəddəs məkanda etmək tələb olunmur, istənilən məkan keçərlidir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button