Orucu pozan əməllər şəriət kitablarında (risalələrdə) ətraflı şəkildə izah olunmuşdur. Bu əməllərin içində imalə də vardır. İmalə müalicə məqsədi ilə müəyyən məhlulu bədənə yeritmək hesab edilir. Hər hansı yolla bədənə müəyyən maddəni daxil etmək orucu pozar; istər maddə yemək-içmək yolu ilə (boğazdan və ya burundan), istərsə də başqa yolla daxil olsun. Lakin müəlicəvi və ginekoloji şamlar bura aid deyil. Həmin şamlar bədənin daxilinə birbaşa yeridilmir, müəyyən müddət ərzində sovrularaq orqanizm tərəfindən mənimsənilir. Bu cür müalicə vasitələrindən istifadə edən şəxsin orucu düzgündür.
Əlaqəli məqalələr
Peyğəmbər və imamlar günahsız (məsum) olduqları halda, niyə tövbə edir, günahlarının bağışlanmasını istəyirdilər?
11 saat əvvəl
İbadət əməllərinin yarısını bir məzhəbə, yarısını başqa məzhəbə uyğun icra etmək olarmı?
1 gün əvvəl
Şərhlər
Oxşar yazılar
Close