İslam suallarda

Novruz bayramının Qədir-Xum gününə təsadüf etməsi barədə məlumatlar doğrudurmu?

Oxucu sual verir

Qeyd edək ki, Novruz bayramı hicri-şəmsi (Günəş) təqvimi ilə, islami bayramlar, o cümlədən, Qədir-Xum bayramı isə hicri-qəməri (Ay) təqvimi ilə hesablanır. Ona görə də bu iki gün heç də hər il üst-üstə düşə bilməz və onların arasındakı fasilə hər il dəyişir. Lakin dini mətnlərdən məlum olur ki, Qədir-Xum hadisəsinin baş verdiyi il, yəni hicrətin 10-cu ili zilhiccənin 18-i (Qədir-Xum günü) Novruz bayramına və ya Novruz bayramı axşamına təsadüf etmişdir. Bu məlumat məsum imamlardan rəvayət edilən bəzi hədislərdə buyurulur. Eləcə də, XV əsrdə yaşamış məşhur müsəlman astronomu Ğiyasəddin Cəmşid Kaşani (1388-1429) özünün “Risaleyi-Ğədiriyyə” əsərində, Əllamə Məclisi “Biharül-ənvar” məcmuəsində bunu qətiyyətlə bildirmişlər. Keçmişdə xalq içində də Novruz bayramı Həzrət Əlinin (ə) xəlifəliyə gəldiyi gün kimi qeyd edilirdi.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button