İslam suallarda
İnsan səhər tezdən evdən çıxıb səfərə gedir və zöhr vaxtına kimi evə qayıdır. Bu halda həmin gün oruc tutmalıdırmı?
Əgər insan səhər səfər edəcəyini gecədən niyyət etmişsə, o halda, şəriətdə nəzərdə tutulmuş “tərəxxüs həddi” adlanan məsafəyə çatana qədər özünü oruclu kimi aparmalı və orucu pozan əməllərdən çəkinməlidir. Həmin məsafəni keçdikdən sonra, zöhr vaxtına kimi qayıdacağını bilirsə, orucunu pozmaq ya saxlamaq barədə azaddır. Əgər zöhr vaxtına kimi qayıtmasa, orucunu pozmalıdır. Əgər zöhr vaxtına kimi vətənə qayıtsa və bu müddət boyunca orucu pozan iş görməmişsə, o halda həmin günün orucu düzgündür və qəza etməsi lazım deyil. Əgər orucu pozaraq zöhr vaxtına kimi qayıtsa, bu halda Ramazan ayından sonra həmin günün orucunu qəza etməlidir.