Doğuşdan sonra cəmi bir neçə gün yaşamış körpənin cənazəsinə qüsl, kəfən və namaz vacibdirmi?
Oxucu suallarda

İslam şəriətinə görə, müsəlman sayılan hər kəs vəfat etdikdə dəfndən qabaq qüsl edilməli və kəfənə bükülməlidir. Valideynləri müsəlman olan körpə uşaq da müsəlman sayılır. Hətta valideynlərindən biri müsəlman olan uşaq da müsəlman kimi dəfn olunmalıdır. Uşaq doğulduqdan sonra neçə gün və hətta neçə saat yaşamasından asılı olmayaraq, İslam qaydaları əsasında dəfn edilməlidir. Hətta şəriətə görə, uşaqsalma zamanı da (vaxtından əvvəl doğuş və abort bura daxildir) əgər rüşeymin yaşı 4 ay və daha artıqdırsa, qüsl verilib kəfənə bükülməlidir. Əgər uşaqsalma 4 aydan tez baş versə, rüşeymin bədən quruluşu tamamlanıb bütün bədən üzvləri formalaşıbsa, qüsl verilməsi məsləhətdir. Əgər belə deyilsə, yəni rüşeym hələ tam formalaşmayıbsa, qüsl verilmədən parçaya bükülüb dəfn edilməlidir.