Ramazan ayında şiddətli suzuluq üzündən azacıq su içən adamın orucu pozulurmu?
Orucu pozan əməllərdən biri də sübh azanından məğrib azanına kimi nə isə yeyib-içməkdir. İstər az, istər çox miqdarda olsun, istər yemək xatirinə, istərsə də şiddətli aclıq ya susuzluq üzündən olsun, istər yeməli, istərsə də yeyilməyən maddə olsun – ağız boşluğuna daxil olub boğazdan aşağı keçsə, oruc pozular. Bu zaman bəzi hallarda təkcə həmin günün orucunu qəza etmək, bəzi hallarda isə həm də kəffarə vacib olur.
Əgər insan oruclu ikən həqiqətən çox şiddətli susuzluq hiss etsə, belə ki, bu susuzluq onu öldürəcək və ya şiddətli əziyyət verəcək dərəcədə olsa, bu çətinliyi aradan qaldıracaq miqdarda (yəni bir neçə qurtum) su içə bilər. (Ölüm təhlükəsindən qurtulmaq üçün su içmək hətta vacibdir). Lakin bu zaman oruc pozulmuş olur. Həmin şəxs yaxşı olar ki, günün qalan hissəsini özünü oruclu kimi aparsın, yəni orucu pozan əməllərdən çəkinsin (o cümlədən, əlavə su içməkdən). Ramazan ayından sonra həmin günün orucunu qəza etməlidir, öhdəsinə kəffarə gəlmir.