İslam dünyasıXəbərlər

Berlin müsəlmanları ölülərini dəfn etməyə yer tapmırlar

Almaniyanın ən çoxsaylı icması Berlində yaşayır. Lakin dini azlıq nümayəndələri vəfat edən yaxınlarının dəfn olunması məsələsində ciddi problemlərlə üzləşirlər – bunu etməyə sadəcə yer tapılmır.

Dəfn agentliyinin rəhbəri İsikali Qarayel Berlində 250-300 min arası müsəlmanın yaşadığını deyir: “Şəhərin müsəlman ailələrinin yarısı vəfat edən yaxınlarının nəşlərini vətənlərinə göndərirlər. Baxmayaraq ki, bu olduqca baha başa gəlir”.

Berlində müsəlman qəbiristanlığı problemi on illərdir ki, davam edir. Lakin son 2 ayda vəziyyət kritik həddə çatıb: indi vəfat edən müsəlmanı paytaxtda dəfn etmək sadəcə mümkünsüzdür. Nəticədə müsəlmanlar əzizlərini Berlindən xeyli uzaq məsafədə torpağa tapşırmaq məcburiyyətində qalırlar. Bu isə İslamda vəfat edən şəxsin mümkün qədər tez bir zamanda dəfninə dair mövcud qaydanın pozulmasına gətirib çıxarır.

“Bu gün, məsələn, bir dəfnin təşkili ilə məşğul idim. Mərhum torpağa yalnız gələn həftə tapşırılacaq. Son 10 ildə bizə dəfələrlə vəziyyətin yaxşılaşdırılmasına dair söz versələr də, heç nə dəyişməyib”, – Qarayel dərdini bölüşür.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button