Aktual

Bu il Ramazan (Fitr) bayramı hansı gün qeyd ediləcək?

Ötən illərdə olduğu kimi, bu il də mübarək Ramazan ayının başlanğıcı müsəlman ölkələrində fərqli günlərdə qeyd edildi. Belə ki, əksər əhalisi əhli-sünnə məzhəbli müsəlmanlardan ibarət olan ölkələrin çoxunda (o cümlədən, Türkiyə, körfəz ölkələri, Səudiyyə Ərəbistanı, Suriya, Yəmən), həmçinin, Rusiyada aprel ayının 2-si Ramazan ayının başlanğıcı sayıldı.

Azərbaycanda Şamaxı rəsədxanasının məlumatına əsaslanaraq QMİ də aprelin 2-də Ramazan ayının girməsi ilə bağlı fətva verdi.

Lakin İndoneziya, Malayziya, Pakistan, İordaniya, Bruney, Oman, Mərakeş və s. də daxil olmaqla bəzi ölkələr, o cümlədən, İran və İraq aprel ayının 3-də Ramazan ayının başlandığını elan etdi.

Ramazanın başlanğıcında yaranmış fikir ayrılığının Fitr bayramı gününə də təsir edəcəyi şübhəsizdir. Belə ki, ehtimala görə, əhli-sünnə ölkələrinin əksəriyyətində Ramazan ayı 30 gün sayıldıqdan sonra may ayının 2-si Fitr bayramı qeyd ediləcək.

Astronomik proqnoza əsasən, may ayının 1-i axşam Ayın görünmə xəritəsi təqdim edilib.

Xəritəyə əsasən, Azərbaycan qırmızı zolağa düşür; yəni burada Ay yalnız optik cihazla görünə biləcək.

Astronomik xəritələrə görə məşhur şiə müctəhidlərin rəyinə əsasən Azərbaycanda bayramın hansı günə təsadüf edəcəyi barədə PROQNOZ belədir:

Ayətullah Seyyid Sistaninin rəyinə görə, Fitr bayramı may ayının 3-ü olacaq. Çünki mayın 1-i axşam burada Ayın adi gözlə görünməsi imkansızdır (qırmızı zolaq).

Ayətullah Seyyid Xameneyinin rəyinə əsasən, ehtimal ki may ayının 2-si bayram sayılacaq. Çünki onun rəyinə görə Ayın məntəqədə optik cihazla görünməsi də kifayətdir.

Ayətullahlar Vəhid Xorasani, Bəşir Nəcəfi, İshaq Fəyyaz da ehtimala görə, may ayının 2-ni bayram elan edəcəklər.
Sonda bir daha qeyd edirik ki, bu, yalnız elmi proqnozdur.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button