İslam suallarda

Fitrə zəkatını başqa şəhərdə, rayonda və ya ölkədə yaşayan ehtiyaclı şəxsə vermək olarmı?

Oxucu sual verir

Şəriətə görə, mübarək Ramazan ayının sonunda, Fitr bayramının axşamı, məğrib azanından sonra ailə üzvlərinin fitrə zəkatı ayrılmalı, ya həmin axşam, ya da Fitr bayramı günü səhər ehtiyaclı şəxsə (fəqirə) çatdırılmalıdır. Fitrə zəkatı veriləcək fəqirin şərtləri şəriət kitablarında (risalələrdə) ətraflı şəkildə qeyd edilib. Yaxşı olar ki, hər kəs fitrə zəkatını əz ətrafında olan tanıdığı fəqirə versin. Fəqir olan yaxın qonşu və qohum ilk növbədə durur. Yaxın ətrafda fəqir olduğu halda, fitrə zəkatını başqa məhəllədə, kənddə, şəhərdə yaşayan fəqirə vermək məsləhət deyil. Hətta bəzi keçmiş müctəhidlər (o cümlədən, mərhum Ayətullah Birucerdi) yaxında fəqir qala-qala fitrə zəkatını uzağa göndərməyi icazəli bilmirdilər. Hazırki müctəhidlərin də rəyinə görə, fitrə zəkatını vermək üçün öncə yaxın qohum-qonşuya üz tutulmalıdır. Əgər ətrafda fəqir olmasa yaxud insan ətrafdakı fəqirləri tanımasa, bu halda daha uzaqdakı fəqirlərə fitrə zəkatı verilə bilər.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button