İslam suallarda

Cənabətli və ya heyzli halda vəfat etmiş şəxsə neçə dəfə qüsl verilir?

Oxucu sual verir

İslam şəriətinə görə, dini ibadətləri yerinə yetirən şəxs bəzi hallarda qüsl almalıdır. Cənabətli şəxs namaz qılmaq və oruc tutmaq üçün gərək qüsl alsın. Həmçinin, heyzdən pak olmuş qadın da namaz qılmaq və oruc tutmaq üçün mütləq qüsl almalıdır. Lakin qeyd edək ki, öhdəsində həm cənabət, həm də heyz qüslü olan qadın bunların ikisini niyyətdə birləşdirib bir dəfə qüsl alsa kifayət edər. Eləcə də, dünyasını dəyişmiş şəxsə dəfndən əvvəl mütləq qüsl verilməli və kəfənə tutulmalıdır. Qüsl verilməmiş cənazə dəfn edilə bilməz. Lakin əgər mərhumun öhdəsində cənabət və ya heyz qüslü varsa, bunlar üçün əlavə qüsl verməyə ehtiyac yoxdur. Əgər cənazəyə bir dəfə qüsl verilsə pak sayılacaq və həmin qüsl ilə dəfn edilməsi icazəlidir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button