İslam dünyasıXəbərlər

Məscid təhsildə uğur qazanan gənclərə pul ödəyir

Malayziyanın Cunqay Geluqor məscidi artıq 6 ildir ki, ali məktəblərə daxil olan gənclərə pul mükafatları ödəyir.

“Free Malaysia Today”in verdiyi xəbərə görə, orta məktəblərdə “yaxşı” və “əla” qiymətlərlə oxuyan uşaqlar da məsciddən mükafat qazanırlar. Bundan başqa, sübh namazını məsciddə camaatla qılan hər gənc də mükafata layiq görülür.

Əvvəllər məscidin büdcəsi əsasən imkansız ailələrin uşaqlarına hesablanıb. Amma indi mükafata orta təbəqədən olanlar da ümid edə bilər. Məsciddən bildirilib ki, bu addım gəncləri təhsilə təşviq məqsədi ilə atılıb.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button