İslam qanunlarına görə, boşanma yəni talaq ixtiyarı kişiyə aiddir. Qadın kişinin icazəsi olmadan talaq oxutdura bilməz, əgər bunu etsə belə, talaq qanuni sayılmayacaq və qadın yenə kişinin kəbinli həyat yoldaşı olaraq qalacaq. Lakin qadının kişidən talaq tələb etmək hüququ vardır. Əgər qadın qəti şəkildə boşanmaya qərar veribsə, qərarını ərinə bildirməli və ona talaq verməsini ərindən xahiş etməlidir. Bunun üçün hətta qadın öz mülkü olan bir əşyanı ya məbləği ərinə bağışlaya bilər. Yəni qadın, ərinə müəyyən məbləğ bağışlamaq müqablində onu talaq verməyə razı sala bilər. Əgər bu məbləğ qadının mehriyyəsindən az olsa, bu talağa “mübarat talağı”, əgər mehriyyə qədər və ya ondan çox olsa, “xüli talaq” deyirlər. Qadın boşanmağa israrlıdırsa, lakin kişi heç cür talaq vermək istəmirsə, bu halda qadın son addım olaraq, şəriət hakiminə (müctəhidə) müraciət edə bilər. Bu halda şəriət hakimi ərlə danışıb, ona qadına talaq verməyi təklif edir. Verilmiş müddət ərzində kişi qadını boşamazsa, şəriət hakimi bəzi məcburedici tədbirlərdən də istifadə edə bilər. Əgər yenə nəticə alınmazsa, şəriət hakimi məsuliyyəti öz öhdəsinə götürərək, kişinin adından qadına talaq oxuyur.
Əlaqəli məqalələr
İnsan niyyətinin həyata keçməsi üçün 3 gün oruc tutmağı nəzir edir, amma ikinci ya üçüncü gün üzürlü səbəbdən oruc tuta bilmir. Bu halda üzürü aradan qalxdıqdan sonra orucu yenidən başlamalı yoxsa davam etməlidir?
12 saat əvvəl
Şərhlər