İslam suallarda

Fitrə zəkatını fəqirə verərəkən demək lazımdır ki, verilən pul fitrə zəkatıdır?

Oxucu sual verir

Dinimizə görə, ehtiyaclı şəxsə yardım göstərmək, onun problemini həll etmək çox savab işdir. Hətta əgər heç bir müsəlman bu işlə məşğul olmasa və həmin fəqir ehtiyac üzündən əziyyət şəxsə və ziyan görsə, bu halda ətrafdakı bütün müsəlmanlar Allah qarşısında sorumlu olar. Hədisdə buyurulur ki, qonşusu ac ola-ola özü tox gəzən adam müsəlman ümmətindən sayılmaz. Bir kəsə yardım etməyin qaydalrından biri də budur ki, onu aşağılamayasan, boynuna minnət qoymayasan. Bəzən fəqir şəxs fitrə pulu almağa utanır. Ona görə də, ona fitrə pulu verərkən, yaxşı olar ki, bunu açıq şəkildə bildirməyək, pulu ya ərzağı fitrə niyyəti ilə versək də, dildə hədiyyə kimi təqdim edək. Həmçinin, fitrə və başqa yardımları başqasınn yanında, cəmiyyət içində vermək də məsləhət deyil. Çünki bu hərəkət fəqirin utanmasına, xəcalət hissi keçirməsinə səbəb ola bilər. Unutmayaq, atalar sözündə deyilir ki, bir əlin verdiyini o biri əl bilməməlidir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button