İslam suallarda

Allah özü kimi ikinci Allah yarada bilərmi? Yaxud Allah, ölçüləri dəyişməmək şərti ilə Yer kürəsini yumurtanın daxilində yerləşdirə bilərmi?

Bəzən ateistlər Allahın mövcudluğunu və həqiqi qüdrətini şübhə altına almaq niyyətilə belə provokativ suallarla çıxış edirlər və bunula da guya özlərinin haqq olduqlarını isbatlanmış hesab edirlər. Lakin belə iddiaların cavabları, əlbəttə ki, mövcuddur.

Təbiətdə bəzi şeylərin mövcudluğu mümkün deyil. Bu, Allahın qüdrətinin naqisliyini göstərmir; Allah hər şeyə qadirdir. Lakin Allahın qüdrətinin yönəldiyi cisimlər həmin qeyri-mümkün və ziddiyyətli xüsusiyyətləri daşımağa qadir deyillər.

Məsələn, Allah öz tayını yaratsa, həmin tay başqası tərəfindən yaradılmış və başqasından asılı olacaqdır. Halbuki Allah yaradılmazdır və heç nədən asılı deyildir. Demək, bir şey Allah tərəfindən yaradılsa, heç zaman Allah ola bilməz!

Həmçinin, Yer kürəsini yumurtanın daxilinə yerləşdirmək mümkün deyil, yumurta (öz ölçüsündə qalmaq şərti ilə) Yer kürəsini öz daxilində saxlaya bilməz. Belə bir iş baş verə bilmirsə, nöqsan Allahda deyil, Onun qüdrətini daşımağa qadir olmayan məxluqatdadır. Misal üçün, okeanın suyunu bir stəkanın daxilinə yerləşdirmək qeyri-mümkündür. Nöqsan suda deyil, stəkandadır ki, tutumu azdır.

Təsəvvür edin ki, mahir bir dərziyə paltar tikmək sifariş edirik. Amma ona parça əvəzinə bir neçə kərpic verib tələb edirik ki, kərpiclərdən parça keyfiyyətinə malik paltar tiksin. Dərzi öz istedadını itirməyib, o öz qüdrətində qalır.

Amma kərpic paltar materialı ola bilməz, onu parça kimi kəsib-tikmək olmaz. Buna görə dərzinin bizim tələbimizi yerinə yetirməsi qeyri-mümkündür.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button