İslam suallarda

Deyirlər ki, Qurani-Kərimi az vaxt ərzində tam oxuyub bitirmək qaydası var. Bunun yolu nədir?

Əvvəla, bunu qeyd edək ki, Qurani-Kərimi düşünərək, ayələrin mənasını anlayaraq, təfsirini öyrənərək, qiraət qaydalarına riayət edərək gözəl avazla oxumaq böyük savaba malikdir. Tez-tələsik, qiraət qaydalarını gözləmədən Quran oxumaq bəyənilmir. Buna görə də Qurani-Kərimi oxuyarkən oxunan surələrin sayının çoxluğuna deyil, qiraətin keyfiyyətinə və insan mənəviyyatı üzərində iz buraxmasına diqqət yetirmək daha önəmlidir. Tarixdə bəzi şəxslərin, hətta səhabələrin Quranı çox qısa müddət ərzində xətm etmələri (oxuyub bitirmələri) barədə məlumatlar vardır. Bəzi hallarda məsumlar onları bu hərəkətdən çəkindirmiş və Quranı aramla, düşünərək oxumağa təşviq etmişlər. Bir hədisə görə, İxlas (Qül hüvallah) surəsini oxumağın savabı Quranın üçdən-bir hissəsini oxumağın savabı qədərdir. Ona görə də belə bir fikir vardır ki, İxlas surəsini 3 dəfə oxuyan adam Quranı xətm etmiş kimidir. Bu qəbildən rəvayətləri ayrı-ayrı surələrin fəzilətinin bəyanı kimi dəyərləndirmək lazımdır. Quranı tam şəkildə, diqqətlə oxumaq böyük savaba malikdir və imkan daxilində buna çalışmaq lazımdır.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button