İslam suallarda
Məsciddə neçə minarə olur? Minarəli və minarəsiz məscidlər arasında orada qılınan namazların savabı baxımından fərq varmı?
Oxucu sual verir
Minarə məsciddə azan verilmək üçün nəzərdə tutulmuş bir tikilidir. Azanın səsi yüksəklikdən ətrafa daha yaxşı yayıldığı üçün iri şəhərlərdə məscid binasında bir qayda olaraq minarə də tikirlər. İslamın ilk illərində məscidlərin minarəsi yox idi, bəzi hallarda məscidin yaxınlığındakı hündür binaların damından azan verilirdi. Müsəlman şəhərləri böyüyüb genişləndikcə məscidləri minarə ilə tikməyə ehtiyac yarandı. Məscidin konstruktiv quruluşundan, statusundan və yerli ənənədən asılı olaraq minarələrin sayı da fərqli olur. Bəzi məscidlərin bir, bəzilərinin 2, 4, 6, 7 və daha artıq minarəsi var, bəzi məscidlər isə ümumiyyətlə minarəsizdir. Məscidin minarəsinin olub-olmaması orada qılınan namazların keyfiyyətinə və savabına qətiyyən təsir etməz.