İslam dünyasıXəbərlər

Ümrə üçün 3 qitəni motosikletlə keçdi

Pakistanlı videobloqer Əbrar Həsən dünyanın 80-dən çox ölkəsində olub, onlardan 12-nə isə səfəri öz motosikleti ilə gerçəkləşdirib. Bu il isə Əbrar Ümrə ziyarətini yerinə yetirmək üçün motosikleti ilə Səudiyyə Ərəbistanına üz tutub.

İSLAM.AZ-ın verdiyi xəbərə görə, fevralın 9-da pakistanlı doğma Nankana-Sahib şəhərindən yola çıxıb. Məqsədinə çatmaq üçün isə Əbrar 3 qitənin ərazisindən keçməli olub.

Öz şəxsi sosial şəbəkə səhifəsində təəssüratları ilə bölüşən səyyah bildirib ki, artıq Mədinə, Məkkə və Ər-Riyad şəhərlərində olub. Lakin planlarına Səudiyyə Ərəbistanının müxtəlif şəhərlərinə səfər etmək də daxildir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button