İslam suallarda

Dinimizadə kimə isə lənət demək icazəlidirmi?

Oxucu sual verir

Hər şeydən əvvəl bunu qeyd edək ki, İslam dini sevgi dinidir, Allahın insanlara mərhəməti, insanların da bir-birinə sevgi və şəfqəti üzərində qurulub. Dinimiz əbəs yerə başqasını aşağılamağı, söyməyi, lənətləməyi bəyənmir. Lakin lənətə layiq olan şəxslərə lənət oxumağı da qadağan etmir. Qurani-Kərimin özündə Allah-Taala kafirlərə lənət oxuyur: “Allah kafirlərə lənət eləsin!” (Bəqərə, 89; bax: Əhzab, 64). Yenə Quranda İblisə (Sad, 77), münafiqlərə (Əhzab, 60-61), Allaha və Peyğəmbərinə əziyyət vermək istəyənlərə (Əhzab, 57), yer üzündə fəsad yayanlara (Mühəmməd, 22-23), zalımlara (Hud, 18), iffətli qadınlara zina böhtanı atanlara (Nur, 23) lənət deyilir. Həmçinin, Quranda kafir və zalımlara insanların da lənət oxuması təşviq edilir: “Onların cəzası, həqiqətən, Allahın, mələklərin və bütün insanların lənətinə düçar olmaqdır! Onlar bu lənət içərisində əbədi olaraq qalacaqlar. Əzabları əskilmədiyi kimi, onlara (mərhəmət nəzəri ilə də) baxılmayacaqdır!” (Ali-İmran, 87-88).

Lənət – Allahın mərhəmətindən məhrum olmaq mənasındadır. Lənətə düçar olmuş şəxs həm bu dünyada Allahın lütfündən və xoşbəxtlikdən məhrum olar, həm də axirətdə əzaba layiq görülər.
Bir daha qeyd edirik ki, lənətə layiq olmayan insanlara əbəs yerə lənət demək müsəlmana yaraşmayan hərəkətdir və günahdır. Hər hansı səhv və xəta üzündən kimə isə lənət oxumaq düzgün əməl deyil, müsəlmanlar bu kimi günahlardan özlərini qorumalıdırlar.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button